AZ

İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib, ÖLƏN VAR

İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az xəbər verir ki, İyulun 25-də saat 13 radələrində İsmayıllı rayonunun Hacıhətəmli kəndi ərazisində Arif Hüseynov idarə etdiyi "VAZ-2106" markalı avtomobil ilə yolu keçən piyada, 55 yaşlı Göyçək Vahidovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb. Araşdırma aparılır.
Seçilən
83
4
moderator.az

10Mənbələr