İyulun 25-də saat 13 radələrində İsmayıllı rayonunun Hacıhətəmli kəndi ərazisində Arif Hüseynov idarə etdiyi “VAZ-2106” markalı avtomobil ilə yolu keçən piyada, 55 yaşlı Göyçək Vahidovanı vurub.
Adalet.az xəbər verir ki, piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.