AZ

İsmayıllıda ağır yol qəzası olub

İsmayıllıda ölümlə nəticələnən yol qəzası qeydə alınıb.

Belə ki, hadisə rayonunun Hacıhətəmli kəndində baş verib. Arif Hüseynov idarə etdiyi avtomobillə yolu keçən piyada, 55 yaşlı Göyçək Vahidovanı vurub. Aldığı xəsarətlərdən piyada hadisə yerində vəfat edib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Seçilən
84
3
xalqqazeti.az

10Mənbələr