AZ

Türkiyədən İraqa tekstil ixracı 78 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld

Türkiyə 2025-cü ilin iyun ayında Türkiyədən İraqa tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,1 faiz artaraq, 10 milyon 733 min 75 dollara çatdırıb.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – iyun aylarında Türkiyədən İraqa tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,8 faiz artaraq, 78 milyon 782 min 30 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz artaraq, 4 milyard 737 milyon 25 min dollara bərabər olub.

“Bu ilin iyun ayında Türkiyə 693 milyon 351 min dollar məbləğində tekstil ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 7,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Seçilən
37
30
turkic.world

10Mənbələr