BAKI, TurkicWorld
Türkiyə 2025-cü ilin iyun ayında Rusiyaya kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 22,3 faiz azalaraq, 83 milyon 114 min 76 dollara çatdırıb.
Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – iyun aylarında Türkiyədən Rusiyaya kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,2 faiz azalaraq, 573 milyon 33 min 9 dollara bərabər olub.
Qeyd edək ki,2025-ci ilin yanvar-iyun aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz azalaraq, 15 milyard 763 milyon 886 min dollara bərabər olub.
“Bu ilin iyun ayında Türkiyə 2 milyard 615 milyon 754 min dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 18 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2024-iyun 2025) Türkiyə 30 milyard 711 min 572 dollar məbləğində kimyəvi maddə ixrac edib.