BAKI, TurkicWorld
Türkiyə 2025-cü ilin iyun ayında Rusiyaya elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 47,7 faiz azalaraq, 17 milyon 336 min 57 dollara çatdırıb.
Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – iyun aylarında Türkiyədən Rusiyaya elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 40,5 faiz azalaraq, 133 milyon 176 min 22 dollara bərabər olub.
“Bu ilin iyun ayında Türkiyə 1 milyard 277 milyon 269 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 7,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2024-iyun 2025) Türkiyə 17 milyard 164 min 529 dollar məbləğində elektrik avadanlıqları ixrac edib.