AZ

Türkiyədən İrana mebel ixracı 33 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld

Türkiyə 2025-cü ilin iyun ayında İrana mebel ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz azalaraq, 21 milyon 229 min 3 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – iyun aylarında Türkiyədən İrana mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz azalaraq, 129 milyon 672 min 3 dollara bərabər olub.

Qeyd edək ki,2025-ci ilin yanvar-iyun aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz artaraq, 3 milyard 818 milyon 939 min dollara bərabər olub.

“Bu ilin iyun ayında Türkiyə 588 milyon 946 min dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 8,1 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2024-iyun 2025) Türkiyə 7 milyard 917 min 969 dollar məbləğində mebel ixrac edib.

Seçilən
81
12
turkic.world

10Mənbələr