AZ

Əfsanəvi Bredi oğluna görün nə bağışladı: 3 milyon qiyməti var – FOTO

Amerikan futbolunun əfsanəsi Tom Bredi oğlu Benjaminə demək olar ki, hər bir kolleksiyaçının xəyal etdiyi hədiyyəni verib.

Publika.az xəbər verir ki, Bredi oğluna dünyanın ən nadir və ən bahalı saatlarından birini – “Jacob & Co. Milyarder Mini Ashoka” bağışlayıb.

Bu zərgərlik məhsulu üç milyon dollara başa gəlir və dünya üzrə cəmi 18 nüsxədə mövcuddur. Saatın korpusu 18 karat ağ qızıldan hazırlanıb və ümumi çəkisi 20 karatdan çox olan 62 ədəd brilyantlarla bəzədilib.

Daha 80 karatlıq “Ashoka” almazları ağ qızıldan hazırlanmış qolbağın içinə qoyulub. Ümumilikdə saatda çəkisi 100 karatdan çox olan 492 brilyant var.

Seçilən
71
37
publika.az

10Mənbələr