AZ

Ryazanda casusluqda şübhəli şəxs saxlanıldı - ÖZƏL

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) məlumatına görə, Ryazanda Müdafiə Sənayesi Kompleksi (MSK) ilə bağlı məlumatları Ukraynanın hərbi kəşfiyyatına ötürməkdə şübhəli bilinən Moldova əsilli Rusiya vətəndaşı saxlanılıb.
Olaylar.az xəbər verir ki,  FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinin məlumatına görə, 2001-ci il təvəllüdlü şəxs Ryazanda saxlanılıb. Bildirilir ki, həmin şəxs Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi  ilə əməkdaşlıq edərək Rusiya Silahlı Qüvvələrinin bir bölməsi və Ryazanda yerləşən bir hərbi-sənaye müəssisəsi haqqında məlumat toplayıb və ötürüb.
Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxs 2024-cü ildə "Telegram" vasitəsilə Ukrayna xüsusi xidmət orqanları ilə könüllü əlaqə yaradıb. Qarşı tərəf ona Rusiyadan NATO ölkəsi olan Fransaya təhlükəsiz keçid təşkil etməyə və daha sonra Rusiyada qadağan olunmuş, Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşən birləşməyə qoşulmağa söz verib.
Hadisə ilə bağlı FTX-nin Ryazandakı İstintaq İdarəsi tərəfindən Rusiya Cinayət Məcəlləsinin 275-ci maddəsi (dövlətə xəyanət, casusluq formasında) üzrə cinayət işi açılıb. Məhkəmə tərəfindən şübhəli barəsində həbs qətimkan tədbiri seçilib.
FTX bir daha xəbərdarlıq edib ki, Ukrayna xüsusi xidmət orqanları sosial şəbəkələrdə və "Telegram" və "WhatsApp" kimi messencerlərdə aktiv fəaliyyət göstərərək Rusiya vətəndaşlarını diversiya və terror fəaliyyətlərinə cəlb etməyə çalışırlar. "Düşmənə yardım edən şəxslər mütləq müəyyən olunacaq, cinayət məsuliyyətinə cəlb olunacaq və layiqli şəkildə cəzalandırılacaq", - deyə qurumun açıqlamasında qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
24
19
olaylar.az

10Mənbələr