ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Hazırda Belçikada yaşayan keçmiş jurnalist Şeyda Nəsiblinin uzun illər Ukraynada yaşayan qardaşı intihar edib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Şeyda Nəsibli sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, 58 yaşında hər şeyini itirən adam bilinçli olaraq ölümü seçib.
Belə ki, 1987-ci ildən Xarkovda yaşayan soydaşımız 1993-cü ildə Mərcanlıya gəlib:
“1-ci Qarabağ savaşında 2 ay iştirak edib. Ukraynada da savaş başlayanda ilk gedib baş vuranlardan olub. Yaşlı olduğunu görə aparmayıblar.
3 il öncə müharibə başlayanda uşaqlarından ayrı düşdü. Qızı anası ilə Polşaya sığındı. Xarkovda yaşadığı binaya raket düşdü. 3 il Ukraynanın fərqli şəhərlərini dolaşdı. Yenə Xarkova döndü. Bu səfər dƏ 10 metrəliyinə raket düşdü.
Sonra bağırsağında problem başlayıb. Özəl icazə ilə sərhədi keçib Polşaya getdi.
Başqaları gedib saxta Ukrayna pasportu düzəldib, Avropa gedir, mənim qardaşım əlində pasport olduğu və qanuni yolla çıxdığı halda Avropanın imkanlarından imtina etdi.
Krakovda çox əziyyət çəkib, aç qalıb, xəstəliyi şiddətlənib. Fevral ayında Bakıya getdi. Bacıma da deyib ki, Bakıya ölməyə gəldim. Bizimkilər də ölməyə qoymadılar. Zorla həkimə, əməliyyata apardılar, yemək yemirdi, hər şeydən imtina edirdi. Əməloyyatdan uğurla çıxdı. Xərçəngə çevrilmədən poliplər təməzlənmişdi. 2 kilo da kökəlmişdi.
Dedim ki, Dublin anlaşmanın bitməsinə 2 ayın qaldı, avqustun sonunda Belçikaya gəl.
3-4 gün öncə “ağrıyıram” deyirmiş. İyulun 19-da bacımın boş evinin açarını alıb, boş evə gedib və özünü asıb.
O, “Mən heç kimə yük olmayacağam” deyirdi. Xəstə halında insanların onu görməsini istəmirdi. Bu yolu qururundan seçdi, qorxaq olduğu üçün deyil.
Hamımızı pərişan etdi. Bu, ölüm deyil, zülm oldu.
Babamı, əmilərimi 1930-cu ildə rus öldürdü. Atam Qarabağın işğalından sonra 3 il ancaq dayana bildi, lenfoma xərçəngindən öldü. Qardaşımi da Ukrayna savaşı apardı”.
Xəzər
“Cebheinfo.az”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.