ain.az, sport24.az portalına istinadən məlumat yayır.
"Şamaxı"ya keçidimdə Ayxan müəllimin köməkçisi Elnur Çovdarovun böyük rolu oldu". Bu sözləri Sport24.az-a açıqlamasında "Şamaxı"nın əvəzedici komandasının yeni baş məşqçisi Fərid Namazov deyib.O, bir müddət əvvəl gündəmdə olan əvəzedici komandaların çempionatının ləğvinə münasibət bildirib:"Elnur müəllimlə PRO kursunda bir yerdə təhsil alırıq. PRO-nu davam etdirmək üçün mənə klubda işləmək lazım idi. Özüm tələsik qərar verib hardasa işləmək istəmirdim. Sağ olsunlar köməklik göstərdilər. Əvəzedici komandaların çempionatının davam etməsinin tərəfdarıyam. Hazırda U-19-dan əsas komandaya keçid real görünmür. Səviyyə fərqi çoxdur. U-19-0la müqayisədə, Əvəzedicilər Liqası elitaya yaxındı. Düzdür, bu çempionat olmasa, futbolçular daha çox birinci və ya ikinci diviziona yönələcəkdi. Amma hamısı özünə komanda tapa bilməyəcəkdi".Qeyd edək ki, mütəxəssisin son iş yeri yeni mövsümdə Premyer Liqada çıxış edəcək "İmişli" olub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.