23.07.2025-ci il tarixində saat 02:40 radələrində zəhərlənmə şübhəsilə 8 nəfər (4-ü kişi, 4-ü qadın cinsli olmaqla) Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
***
Kürdəmir rayonunda məişət şəraitində baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsinin əməkdaşları tərəfindən müvafiq qurumlarla birgə araşdırmalar aparılır.
Bu barədə Avtosfer.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirərək, nümunələrin götürülməsi və laborator müayinələrə cəlb edilməsi istiqamətində müvafiq prosedurları icra edirlər. İlkin ehtimala görə, hadisə ev şəraitində tələblərə riayət edilmədən hazırlanmış və ya düzgün saxlanılmamış müxtəlif qidalardan baş verib.
Faktla bağlı araşdırmalar davam edir.
***
Kürdəmirdə qidadan zəhərlənən şəxslərin kimliyi məlum olub. Bunlar 28 yaşlı Qabil Şükürov, 39 yaşlı Asudə Şükürova, 28 yaşlı Famil Şükürov, 51 yaşlı Şamama Şükürova, 31 yaşlı Şəlalə Şükürova, 17 yaşlı Şəbnəm Şükürova, 5 yaşlı Əli Xəlilov və 12 yaşlı Ömər Xəlilovdur.
***
Kürdəmirdə zəhərlənmə hadisəsi qeydə alınıb. Məlumata görə, hadisə rayonun Cəyli kəndində baş verib.
Kənddəki evlərdən birində qida qəbul edən 8 nəfər zəhərlənmə şübhəsi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisənin dəqiq səbəbi məlum deyil.
Araşdırma aparılır.