AZ

Kürdəmirdə qidadan zəhərlənən şəxslərin kimliyi məlum olub - YENİLƏNİB

Kürdəmirdə qidadan zəhərlənən şəxslərin kimliyi məlum olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunlar 28 yaşlı Qabil Şükürov, 39 yaşlı Asudə Şükürova, 28 yaşlı Famil Şükürov, 51 yaşlı Şamama Şükürova, 31 yaşlı Şəlalə Şükürova, 17 yaşlı Şəbnəm Şükürova, 5 yaşlı Əli Xəlilov və 12 yaşlı Ömər Xəlilovdur.

***

Kürdəmirdə zəhərlənmə hadisəsi qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, hadisə rayonun Cəyli kəndində baş verib.

Kənddəki evlərdən birində qida qəbul edən 8 nəfər zəhərlənmə şübhəsi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisənin dəqiq səbəbi məlum deyil.

Araşdırma aparılır.

phrase_var_article.chosen
40
3
operativmm.az

9phrase_var_article.sources