AZ

Kürdəmirdə zəhərlənən 8 nəfər xəstəxanadan evə buraxılıbYENİLƏNİB-2

23.07.2025-ci il tarixində saat 02:40 radələrində zəhərlənmə şübhəsilə 8 nəfər (4-ü kişi, 4-ü qadın cinsli olmaqla) Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Xezerxeber.a-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

10:01

Kürdəmir rayonunda məişət şəraitində baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsinin əməkdaşları tərəfindən müvafiq qurumlarla birgə araşdırmalar aparılır.

Bu barədə Xezerxeber.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirərək, nümunələrin götürülməsi və laborator müayinələrə cəlb edilməsi istiqamətində müvafiq prosedurları icra edirlər. İlkin ehtimala görə, hadisə ev şəraitində tələblərə riayət edilmədən hazırlanmış və ya düzgün saxlanılmamış müxtəlif qidalardan baş verib.

Faktla bağlı araşdırmalar davam edir.

08:42

Kürdəmirin Cəyli kəndində kütləvi zəhərlənmə hadisəsi baş verib.

Xezerxeber.az xəbər verir ki, kənd sakinləri qohumlarla birgə evdə yemək yedikdən sonra qəfildən onların halı pisləşib.

Ümumilikdə 8 nəfər zəhərlənib. Onlardan ikisi uşaqdır.

Bunlar rayonun Cəyli kənd sakinləri:

2020 təvəllüdlü Xəlilov Əli Coşqun oğlu

2013-cü il təvəllüdlü Xəlilov Ömər Coşqun oğlu

1986-cı il təvəllüdlü Şükürova Asudə Əşrəf qızı

1997-ci il təvəllüdlü Şükürov Famil Habil oğlu

1974-cü il təvəllüdlü Şükürova Şamama Əjdər qızı

2008-ci il təvəllüdlü Şükürova Şəbnəm Qabil qızı

1994-cü il təvəllüdlü Şükürova Şəlalə Habil qızı

1977-ci il təvəllüdlü Şükürov Qabil İsgəndər oğludur.

Hər bir şəxsə ilkin tibbi yardım göstərilib.

Həkimlər onların vəziyyətini orta ağır qiymətləndirir.

Onlar dərhal təcili tibbi yardım briqadasının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

phrase_var_article.chosen
21
5
xezerxeber.az

9phrase_var_article.sources