Kürdəmirdə qida zəhərlənməsi baş verib.
Bakues.az “APA”ya istinadən xəbər verir ki, hadisə rayonun Cəyli kəndində qeydə alınıb. Kənddəki evlərdən birində qida qəbul edən 8 nəfər zəhərlənmə şübhəsi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Zəhərlənən şəxslərin kimliyi də məlum olub. Onlar 28 yaşlı Qabil Şükürov, 39 yaşlı Asudə Şükürova, 28 yaşlı Famil Şükürov, 51 yaşlı Şamama Şükürova, 31 yaşlı Şəlalə Şükürova, 17 yaşlı Şəbnəm Şükürova, 5 yaşlı Əli Xəlilov və 12 yaşlı Ömər Xəlilovdur.
Hazırda hadisənin dəqiq səbəbi araşdırılır.