Azərbaycan bu ilin altı ayında 37 742,75 ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edib. Bu göstərici ötən dövrdə 35 224,84 ton təşkil edib.Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Alüminium ixracının dəyəri 100,32 milyon ABŞ dolları olub ki, bu da əvvəlki dövrün 100,99 milyon dollar göstəricisindən aşağıdır.
Məhsulun ümumi ixracdakı payı 0,78% olaraq sabit qalıb. Alüminium ixracının struktur göstəricisi isə 5,76%-dən 6,29%-ə yüksəlib.
Gülnar Nazimqızı