AZ

“Real” maliyyə ilini rekord məbləğdə gəlirlə başa vurdu

İspaniya nəhəngi “Real” 2024/2025-ci illər mövsümünün maliyyə ilini 24 milyon avro məbləğində xalis gəlirlə başa vurub.

Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən məlumat verir.

Bu, 2023/2024-cü illər mövsümünün maliyyə ili ilə müqayisədə 9 milyon avro məbləğində artıqdır.

“Kral klubu”nun maliyyə hesabatında qeyd edilir ki, 2024/2025-ci illər mövsümünün maliyyə ilində transferlər hesaba almadan rekord məbləğdə – 1,185 milyard avro məbləğində gəlir götürülüb. Müvafiq məbləğ bundan əvvəlki maliyyə ili ilə müqayisədə 10% artıqdır.

Əlavə edək ki, əvvəllər dünyanın heç bir futbol klubu 1 milyard avro məbləği aşa bilməyib.

EBITDA göstəricisi üzrə “Real”ın gəlirinin həcmi 242,9 milyon avro məbləğ təşkil edib ki, bu ba Madrid klubunun rekordudur.

Vurğulanır ki, “Real”ın klub sərvəti 598 milyon avro məbləğə qədər artıb. Borc əmsalı isə 0-a bərabərdir ki, bu da “Kral klubu”nun yüksək ödəniş qabiliyyətinə və maliyyə müstəqilliyinə dəlalət edir. Öz növbəsində, “Santyaqo Bernabeu”nun yenidən qurulması üçün əldə edilmiş istiqrazları nəzərə almadan “Real”ın xalis borcu 12 milyon avro məbləğ təşkil edir. Kreditlər üzrə bağlanmamış borclar isə 1,132 milyard avro məbləğindədir.

Beləliklə şəffaf hesabatlar əsasında ümumi mənzərə İspaniya nəhənginin maliyyə baxımından Avropada ən imkanlı klub və sağlam maliyyə dövriyyəsində olduğunu göstərir.

Seçilən
21
50
arena.az

10Mənbələr