Bakı. Trend:
Böyük Britaniyada illik istehlak qiymətləri inflyasiyasıgözlənilmədən artaraq iyun ayında son bir ilin ən yüksək həddi olan3,6 faizə çatıb.
Bu barədə Trend“Reuters” agentliyinə istinadla xəbər verir. Bu nəticə İngiltərəBankının faiz dərəcələrini daha da azaltması ilə bağlı gözləntiləribir qədər zəiflədib.
Milli Statistika İdarəsinin çərşənbə günü açıqladığı məlumatlaraəsasən, illik istehlak qiymətləri indeksi yanvar ayından bəri ənyüksək göstəriciyə yüksəlib. Bu, “Reuters”in sorğusunda iştirakedən iqtisadçıların proqnozlarına zidd olub, belə ki, onlarinflyasiyanın may ayındakı 3,4 faizlik səviyyədə qalacağınıgözləyirdilər.
Ötən ilin sentyabrında inflyasiya son üç ilin minimumu olan 1,7faizə düşəndən sonra ardıcıl olaraq yüksəlməkdə davam edir. Mayayında İngiltərə Bankı proqnozlaşdırmışdı ki, sentyabr ayındainflyasiya 3,7 faizə çatacaq ki, bu da mərkəzi bankın hədəfgöstəricisi olan 2 faizdən təxminən iki dəfə çoxdur. BöyükBritaniyada inflyasiya digər iri inkişaf etmiş ölkələrlə müqayisədəən yüksək səviyyədədir və ABŞ və ya avrozonadakı göstəricidəntəxminən bir faiz bəndi çoxdur.
Məlumatların açıqlanmasından sonra funt-sterlinq dollarqarşısında bir qədər möhkəmlənib, beşillik dövlət istiqrazlarınıngəlirliliyi son bir ayın maksimumuna çatıb. Maliyyə bazarları isəavqust ayında İngiltərə Bankının uçot dərəcəsini dörddəbir bəndendirəcəyi və ilin sonunadək daha bir dəfə azaldacağı ehtimalınıqiymətləndirir.
Maydan iyuna qədər inflyasiyanın artmasına ən çox təsir edənamillər avtomobil yanacağının, təyyarə və qatar biletlərininbahalaşması, həmçinin qida məhsulları, geyim, qırmızı şərab və pivəqiymətlərinin artması olub.
Qida məhsulları və spirtsiz içkilərin qiymətləri isə ötən illəmüqayisədə 4,5 faiz bahalaşıb ki, bu da 2024-cü ilin fevralındanbəri ən böyük artım hesab olunur.