AZ

“20-dən çox universitet bu gün "Kiber yay məktəbi"ndə iştirak edir” - AKTA-nın icraçı direktoru

“Dördüncü dəfədir ki, AKTA tərəfindən "Kiber yay məktəbi" təşkil olunur. Bu yay məktəbinin məqsədi kibertəhlükəsizlik sahəsi üzrə yeniyetmə, gənclər olmaqla yeni mütəxəssislər hazırlamaq və onların peşəkar kimi inkişafına dəstək verməkdir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) icraçı direktoru Rauf Cabbarov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu vaxta qədər 10-dan çox ölkə bu kimi yay məktəbində iştirak edib:
 

"Bu il Azərbaycan və Türkiyədən 130-dan çox tələbə, yeniyetmə, məktəblilər Azərbaycan və Türkiyədən bu yay məktəbində iştirak edəcəklər. Bu il xüsusi özəllik ondan ibarətdir ki, bu il universitetlərdə tələbələr üçün kiber klublar yaratmışıq.


İlk dəfə yay məktəblərində həmin klubların nümayəndələrini dəvət eləmişik ki, onlar arasında tərəfdaşlıq, dostluq münasibətləri inkişaf eləsin. 20-dən çox universitet bu gün "Kiber yay məktəbi"ndə iştirak edirlər".

Direktor qeyd edib ki, hər il olduğu kimi olimpiada qalibləri, şəhid övladları da məktəbin iştirakçılarıdırlar: "Yay məktəbi bir həftə davam edəcək. Həftə ərzində kibertəhlükəsizlik istiqaməti üzrə fərqli peşəkarlar tərəfindən dərslər, təlimlər keçirəcək".

Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media

Seçilən
22
50
bizim.media

10Mənbələr