AZ

"Kiber yay məktəbi"nin məzunları Azərbaycanın qüruru sayılırlar” - Davud Rüstəmov

"Kiber yay məktəbi"nin məzunları Azərbaycanın qüruru sayılırlar. Onlar artıq dünyanın ən reytinqli universitetlərində Azərbaycanı təmsil edirlər, təhsil alırlar”.

Bizim.Media xəbər verir ki, bunu DTX Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi, general - mayor Davud Rüstəmov Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən “Kiber Yay Məktəbi - 2025”in açılışında deyib.

O bildirib ki, təmsil etdiyi mərkəz bu təlimlərə kibertəhdidlərə qarşı ən son metodlarla mübarizə təcrübəsinə malik mütəxəssisləri ilə dəstək verməyə hazırdır:

"Türkiyədən olan qardaşlarımızın "Kiber yay məktəbi"nə qatılması təsadüfi deyil.

Bu, kiber yay məktəbinin ayrılmaz hissəsidir. Keçirdiyimiz bütün yay düşərgələrində Türkiyədən olan qardaşlarımız birlikdə bilik mübadiləsi aparıblar, təcrübələrini bölüşüblər".

Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media

Seçilən
4
45
bizim.media

10Mənbələr