"Ölkəmizdə olan yüzlərlə ixtisas içində son beş ildə ilin ixtisası məhz informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik ixtisasıdır. 30 il öncə hüquq, beynəlxalq hüquq daha məşhur idi. İndi isə ən yüksək bal toplayan tələbələr informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik ixtisasını seçirlər".
Bizim.Media xəbər verir ki, bunu Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən “Kiber Yay Məktəbi - 2025”in açılışında deyib.
Rektor bildirib ki, "Kiber Yay Məktəbi" ölkəmizdə kibertəhlükəsizlik sahəsində ən mühüm, unikal layihələrdən biridir:
"Dördüncü ildir ki, biz bu yay məktəbinin təşkilində iştirak edirik. Yay məktəbi ərzində Azərbaycanın çox savadlı, bilikli vətənpərvər gəncləri ilə bərabər oluruq.
"Kiber yay məktəbi" iştirakçılara gələcək hədəflərini müəyyənləşdirməyə imkan yaradır. Onlar anlayırlar ki, fünyanın bu günü və gələcəyi rəqəmsal texnologiyalardan ibarətdir".
Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta