Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin dekabrın 6-da baş verib. Ağdam rayon sakini, 1990-cı il təvəllüdlü Çingiz Xəlilov həmin gün saat 23:50-də qohumunun evində təşkil olunmuş ad günü şənliyində olub.
Bu zaman o, doğma xalası oğlu Zahir Əsgərovun (ad-soyadlar şərtidir – red.) mənzilin mətbəxində onun ünvanına nalayiq ifadələr deyib, yumruqla vurmaq istəyərkən onunla mübahisə edib.
Bu zaman yaranmış mübahisə zamanı mətbəxdən götürdüyü bıçaqla zərərçəkmişin sol əl nahiyəsindən bir dəfə vurub.
Hadisəni törədən Ç. Xəlilovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə ifadə verən təqsirləndirilən şəxs qismində ifadə verən Ç. Xəlilov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, dekabrın 6-da ad günü mərasimi ilə bağlı bütün qohumları ilə birgə qohumunun evində toplaşıb: “Həmin gün zərərçəkmiş şəxs və mən müəyyən qədər spirtli içki qəbul etdik. Təxminən saat 23:30-da aramızda yaranmış mübahisə nəticəsində stoldan götürdüyüm bıçaq vasitəsilə onun qarın boşluğuna 1 dəfə zərbə yetirdim. Zərərçəkmiş şəxs əlində olan xəsarətdən heç bir məlumatım yoxdur”.
Təqsirləndirilən şəxs həmçinin bildirib ki, hadisə xalasıqızı Zəminənin evində baş verib: “Xalamoğlu səhəri gün sabah işə gedəcəyini və artıq evə getməli olduğumuzu söylədi. Lakin onun söylədiyi cümləni əmr olaraq qəbul etdiyimdən aramızda mübahisə yarandı. Zərərçəkmiş şəxs mənə qarşı nalayiq sözlər işlətdiyinə görə onu bıçaqla vurmuşam. Həmin vaxt mətbəxdə mən və zərərçəkmiş şəxsdən başqa heç kim olmayıb. Bıçağı mətbəxdən götürmüşəm. Hadisə baş verdikdən sonra mənzildən çıxaraq polis orqanına təslim olmağa getmişəm. Təcili tibbi yardımı zərərçəkmiş şəxs özü çağırıb. İlk zorakılıq hərəkəti zərərçəkmiş şəxs tərəfindən həyata keçirilib. Daha sonra mən tab gətirməyərək bıçaqla onu vurmuşam. Özüm könüllü şəkildə Ağdam Rayon Polis Şöbəsinə gedərək təqsirimi boynuma almışam, təslim olmuşam. Törətdiyim əməldən peşmanam”.
İş üzrə zərərçəkmiş Z. Əsgərov bildirib ki, təqsirləndirilən şəxs onun xalasının oğludur, aralarında ədavət və düşmənçilik olmayıb: “Uşaqlıqdan bəri təqsirləndirilən şəxslə bir yerdə böyümüşük. Hazırda da bir yerdə əmək fəaliyyəti ilə məşğuluq. Dekabrın 6-da qohumumuz Zəminənin evində ad günü mərasimi zamanı aramızda mübahisə baş verdi. Hər ikimiz də içkili vəziyyətdə olması səbəbindən birinin dediyi söz digərinin boğazından keçmədi. Bu səbəbdən mənzilin mətbəx otağına aramızdakı məsələni həll etmək məqsədilə getdik. Aramızdakı məsələni orada da həll edə bilmədik. Bu zaman təqsirləndirilən şəxs qarın boşluğuma bıçaqla 1 dəfə zərbə yetirdi. Mən bıçaq zərbəsini hiss etməmişəm. Hətta elə zənn etmişəm ki, mətbəxdə mövcud olan dəmir parçası qarın boşluğumu kəsib. Təqsirləndirilən şəxs polis orqanına gedərək təslim olduqdan sonra bıçaqla yaralandığımı bilmişəm”.
Zərərçəkmiş şəxs həmçinin bildirib ki, hadisə günü Zəminənin oğlunun ad günü mərasimi olub: “Hadisə xalam qızının mənzilində mətbəx otağında baş verib. Zəminən mənim xalam qızıdır. İçkili olduğuma görə təqsirləndirilən şəxs zarafatcasına nalayiq sözlər işlətdi. Hadisə baş verən zaman mən və xalam oğlundan başqa mətbəxdə heç kim olmayıb. Buna görə də Zəminə hadisənin birbaşa şahidi olmayıb”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ç. Xəlilovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il 6 ay sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.
Fariz Məlikli
Demokrat.az
10Mənbələr
-
demokrat.azAd günündə qanlı olay: 35 yaşlı oğlan xalası oğlunu bıçaqladı ( 19523030)
-
demokrat.azAd günündə qanlı olay: 35 yaşlı oğlan xalası oğlunu bıçaqladı ( 19522961)
-
demokrat.azBakıda gənc xalasının ərini bıçaqladı —TƏFƏRRÜAT ( 19514402)
-
demokrat.azBakıda gənc xalasının ərini bıçaqladı TƏFƏRRÜAT ( 19514201)
-
avtosfer.azMəhkəmə ərini öldürən qadınla bağlı qərar çıxardı ( 19460207)
-
moderator.azMəhkəmə övladlarının gözləri qarşısında ərini öldürən qadınla bağlı qərar çıxardı ( 19455968)
-
moderator.azMəhkəmə övladlarının gözləri qarşısında ərini öldürən qadınla bağlı qərar çıxardı ( 19455965)
-
pravda.azMəhkəmə övladlarının gözləri qarşısında ərini öldürən qadınla bağlı qərar çıxardı ( 19450811)
-
pravda.azKişi onun zənglərinə cavab verməyən sevgilisinə əzab verdi, ülgüclə sifətini kəsdi - QƏRAR ( 19450754)
-
demokrat.azBakıda dayı və bacıoğlu arasında qanlı dava — TƏFƏRRÜAT ( 19408150)