Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.
Çexiya kommunist təbliğatına görə 5 il həbs cəzası nəzərdə tutan qanun qəbul edib. Çexiya prezidenti Petr Pavel kommunist təbliğatını qadağan edən qanunu imzalayıb. Çexiya Cinayət Məcəlləsinə edilən yeni düzəlişlər kommunist təbliğatını nasist təbliğatı ilə eyniləşdirir. Qanunun qəbulu yerli Kommunist Partiyası tərəfindən pisləndi. Moskva nasizm və kommunizmin kimliyi ilə bağlı bəyanatları küfr adlandırıb. Belə ki, artıq belə bir ideologiyaya malik hərəkatların yaradılması və dəstəklənməsi beş ilədək həbslə cəzalandırılacaq.
Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, “Kommunist” partiyası ideologiyasının ləğvi əsasən Rusiya-Ukrayna müharibəsi fonunda verilən qərardır.
Məhəmməd Əsədullazadə
“XX əsrdə kommunist ideologiyası daha üstün olub. Artıq bu ideologiyanın XXI əsrdə təhlükəli tendensiyanı görürürlər. Kommunist ideologiyası tarix boyu Rusiya ilə bağlı olub. Rusiya qonşu ölkələrə və Avropaya qarşı bu ideologiyadan istifadə edib. Bu gün Çexiyada hesab edirlər ki, belə bir solçu-kommunist ideyanın formalaşması Çexiyanın milli birliyinə qarşıdır və Rusiya bundan istifadə edə bilər. Artıq Avropa İttifaqı demokratiyaya zərbə vuran bu kimi ideologiyaları ləğv etməyə çalışır. Ona görə də belə bir qanun imzalanır”-deyən Məhəmməd Əsədullazadə hesab edir ki, Avropa demokratiyasının inkişafı cəmiyyətin sosial və ideoloji bir bataqlıqdan xilas olunması deməkdir.
İmkan vermək istəmirlər ki, Avropa yenidən belə bir kommunist ideologiyasının təsirinə düşsün və ya zərbəsinə tuş gəlsin. Çünki o zaman Rusiya da bundan kifayət qədər istifadə edə bilər”-deyən politoloqun fikrincə, məhz buna görə də, ideoloji mərkəzləri, partiyaları bağlayır, belə bir ideologiyaların yayılmasını cinayət hesab edirlər.
Məhəmməd Əsədullazadə qeyd edib ki, bu yanaşma obyektivdir və bir çox ölkələr də bundan nümunə götürməlidir.
İradə Cəlil, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.