AZ

Putin və Trampın Çində görüşünü istisna etmək olmaz

ain.az bildirir, Missiya.az saytına əsaslanaraq.

Rusiya Prezidenti Vladimir Putinlə Amerika lideri Donald Tramp arasında Çində görüş ehtimalını istisna etmək olmaz.Missiya.Az xəbər verir ki, bunu jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

"Biz Pekinə səfərə hazırlaşırıq, prezidentimiz bu səfərə hazırlaşır, bu, doğrudan da, dövlət başçısının cədvəlindədir, amma eşitməmişik ki, prezident Tramp da ora, Pekinə gedir. Əgər belə bir hal baş verərsə, o, orada olarsa, həmin zaman, əlbəttə ki, görüş keçirməyin məqsədəuyğunluğu məsələsinin gündəmə gətiriləcəyini istisna edə bilmərik", - Peskov vurğulayıb.

İyun ayında Rusiya liderinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib ki, Putin avqustun 31-dən sentyabrın 3-dək Çinə səfər etməyi, burada ŞƏT sammitində, militarist Yaponiya üzərində qələbənin 80-ci ildönümünə və İkinci Dünya Müharibəsinin başa çatmasına həsr olunmuş bayram tədbirlərində iştirak etməyi, habelə Çin sədri Si Cinpinlə tammiqyaslı ikitərəfli danışıqları planlaşdırdığını deyib.

Zərintac MayisqızıMissiya.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

phrase_var_article.chosen
23
18
missiya.az

10phrase_var_article.sources