AZ

Türkiyədə dənizdə çimənlərə bakteriya xəbərdarlığı

Türkiyədə istirahət edən vətəndaşlara və turistlərə dənizdə çimərkən ehtiyatlı olmaq tövsiyə edilib.

Doğru.az xəbər verir ki, “Milliyet” qəzeti Florence Nightingale Xəstəxanasının uroloqu Uğur Aferinə istinadən Mərmərə, Egey və Aralıq dənizlərinin sularında Vibrio parahaemolyticus və Vibrio vulnificus bakteriyalarının aşkarlandığını yazıb.

Mütəxəssisin sözlərinə görə, bu mikroorqanizmlər ilıq duzlu suda çoxalır və insan orqanizminə daxil olduqda ciddi xəstəliklərə səbəb ola bilər. Xüsusilə Vibrio cholerae bakteriyası təhlükəlidir, çünki çirklənmiş suyun udulması vəba xəstəliyinə gətirib çıxara bilər.

Uğur Aferin əlavə edib ki, Vibrio vulnificus bakteriyası açıq yaralardan bədənə nüfuz edir və dəri infeksiyalarına səbəb ola bilir.

Həkimlər yay mövsümündə çimərliklərdə açıq yarası olan şəxslərin ehtiyatlı olmasını və gigiyenaya xüsusi diqqət yetirməsini tövsiyə edirlər.

DOĞRU.AZ

Seçilən
35
13
dogru.az

10Mənbələr