
ABŞ-da bu ilin ən böyük meşə yanğını hazırda Oreqon ştatında 38 min hektardan çox ərazidə tüğyan edir. Bu barədə NBC News yanğınsöndürmə xidmətlərinə istinadla məlumat yayıb.Hazırda yanğının sahəsi 95 740 akr (38 min hektardan çox) keçib. Əgər yanğın bu sürətlə yayılmağa davam etsə, 2025-ci ildə ABŞ ərazisində baş verən ilk “meqayanğın” olacaq.Yanğının söndürülməsinə 900-dən çox yanğınsöndürən cəlb edilib. Hazırda alovun 49%-i nəzarət altına alınıb.ABŞ Milli Yanğın Mərkəzinin məlumatına görə, il başlayandan bəri ölkədə 40 934 meşə yanğını qeydə alınıb ki, bu da son on ilin ən yüksək göstəricisidir.Ulusum.az
Diqqət Çəkənlər
Anar Məmmədxanov – Gülüşlə Yadda Qalan Lider
"Hər ürəyi olan uça bilməz" – həkimdən sərnişinlərə XƏBƏRDARLIQ
Vyetnamda turist faciəsi: 48 nəfərin olduğu gəmi çevrildi