AZ

Sarı təhlükə! ABŞ-da ərimiş kükürd sızdı

Sarı

ABŞ-ın İllinoys ştatında, Brauns şəhəri yaxınlığında Norfolk Southern şirkətinə məxsus yük qatarının relsdən çıxması nəticəsində böyük həcmdə ərimiş kükürd sızıb. Bu barədə Newsweek məlumat yayıb.Şirkətin açıqlamasına görə, iyulun 18-i axşam saatlarında baş verən qəza zamanı 24 vaqon relsdən çıxıb, onlardan iki vaqonda ərimiş kükürd olub. Məhz bu vaqonlardan sızma qeydə alınıb. Hadisə nəticəsində iki işçi yüngül xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Rəsmilər yerli əhali üçün təhlükə olmadığını bildirsələr də, Maunt-Karmel şəhərinin meri Co Cac sızmanı “əhəmiyyətli” adlandırıb və bölgədə yollarla yanaşı hava məkanının da bağlandığını elan edib.Hadisənin səbəbləri araşdırılır. Hazırda əraziyə müxtəlif səviyyələrdə fövqəladə xidmətlər cəlb olunub.Ulusum.az

Diqqət Çəkənlər

Prezident İlham Əliyev: “Şuşa Media Forumu artıq gözəl bir ənənəyə çevrilib”

Anar Məmmədxanov – Gülüşlə Yadda Qalan Lider

Trampın Rusiya sanksiyaları sadəcə təhdiddir?

Seçilən
23
28
ulusum.az

10Mənbələr