AZ

Rusiya vətəndaşı İrəvanda hava limanında öldü

İrəvanın “Zvartnots” hava limanında rusiyalı turist dünyasını dəyişib.

Publika.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, iyulun 21-də polisə zəng daxil olub ki, gözləmə zalında sərnişinlərdən birinin vəziyyəti pisləşib.

Zəngə cavab olaraq təcili yardım briqadası gəlib. Həkimlər kişinin ölümünü təsdiqləyiblər.

Xarici müayinə zamanı meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Seçilən
14
4
publika.az

10Mənbələr