AZ

Cənubi Koreya Şimalla gərginliyin azaldılmasını planlayır

BAKI, TurkicWorld

Cənubi Koreya Şimalla gərginliyi azaltmaq üçün yeni təşəbbüslər üzərində işləyir.

TurkicWorld xəbər verir ki, Cənubi Koreya hökuməti Koreya yarımadasında gərginliyi azaltmaq və Şimali Koreya ilə münasibətləri yaxşılaşdırmaq məqsədilə müxtəlif diplomatik və humanitar addımları nəzərdən keçirir.

Yonhap agentliyinin məlumatına görə, Cənubi Koreyanın Birləşmə Nazirliyi yazılı açıqlama yayaraq, Pxenyanla əlaqələrin yaxşılaşdırılması istiqamətində yeni siyasət hazırlığı aparıldığını bildirib. “Hökumət Koreya yarımadasındakı gərginliyin azaldılması və Cənub-Şimal əlaqələrinin möhkəmləndirilməsi məqsədilə müxtəlif addımları dəyərləndirir və həyata keçirir” - deyə bildirib.

Açıqlama, prezident Li Cae-myunun Şimalla dialoqu canlandırmaq üçün fərdi səyahətlərə qoyulan qadağanın aradan qaldırılması ideyasını gündəmə gətirməsindən sonra verilib. Xatırladaq ki, bu səfərlər 2008-ci ildə bir Cənubi Koreya vətəndaşının Şimali Koreya əsgərləri tərəfindən güllələnməsindən sonra dayandırılmışdı.

Bundan əlavə, hökumət Şimali Koreyaya yönələn radio və televiziya yayımını bu aydan etibarən dayandırıb. Prezident Li-nin administrasiyası bu addımı iki ölkə arasında gərginliyi azaltmaq üçün atıldığını bildirib.

Digər tərəfdən, Müdafiə Nazirliyi açıqlayıb ki, pilotsuz uçuş aparatları komandanı general-mayor Kim Yonqdan keçmiş prezident Yun Suk Yeol dövründə Şimali Koreyaya qanunsuz PUA göndərməkdə şübhəli bilinərək vəzifədən uzaqlaşdırılıb. Onun barəsində xüsusi prokuror tərəfindən rəsmi sənədləri saxtalaşdırmaq daxil olmaqla ittihamlar irəli sürülüb. Lakin Kim iddiaları rədd edərək, əməliyyatların hüquqi çərçivədə həyata keçirildiyini bildirib.

Qeyd edək ki, Cənubi Koreya və Şimali Koreya arasında gərgin münasibətlərə baxmayaraq, Seul hökuməti dialoqa qayıdış və qarşılıqlı etimad qurmaq üçün addımlar atmaqda israrlıdır.

Seçilən
4
50
turkic.world

10Mənbələr