AZ

35 ildən sonra "Barselona"da ilk ingilis olacaq

"Mançester Yunayted"in hücumçusu Markus Reşfordun yaxın günlərdə "Barselona"ya keçidi rəsmiləşə bilər.

90deqiqe.Az-ın məlumatına görə, Kataloniya klubu 27 yaşlı futbolçunu satınalma şərti ilə icarəyə götürmək üçün ingilislərlə razılığa gəlib.

Transfer baş tutarsa, Reşford son 35 ildə "Barselona"nın heyətində yer alan ilk ingilis futbolçu olacaq. Əvvəlki belə hal 1986–1989-cu illərdə kataloniyalıların formasını geyinmiş Qari Linekerin timsalında yaşanmışdı.

Tərəflər arasında aparılan danışıqlarda hücumçunun transfer qiymətinin 35 milyon avro səviyyəsində müəyyənləşdirildiyi bildirilir. Bu keçid «Barselona»nın hücum xəttində yeni mövsüm öncəsi planlaşdırdığı islahatın mühüm hissəsi hesab olunur.

Seçilən
27
12
90deqiqe.az

10Mənbələr