AZ

“Reşford üçün “Barselona” ideal yeni başlanğıc ola bilər”

İngiltərə futbolunun canlı əfsanələrindən biri olan Qari Lineker “Mançester Yunayted”in hücumçusu Markos Reşfordun “Barselona”ya mümkün keçidi ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, Lineker Reşfordun “Barselona”da özünü yenidən tapa biləcəyinə ümid etdiyini bildirib:

“Uzun müddətdir ki, “Barselona”da ingilis futbolçular oynamır. Məncə, bu addım uğurlu ola bilər. Markos çox yaxşı oyunçudur, baxmayaraq ki, son illərdə “Yunayted”də müəyyən çətinliklər yaşayıb. Amma o, istedadlı və təhlükəli hücumçudur. Bəzən oyunçulara sadəcə yeni başlanğıc lazım olur – “Mançester Yunayted”dən ayrıldıqdan sonra fərqli klublarda parlayan çox futbolçu olub. Reşford sürətli, texnikalı və üstəlik, əla insandır. Ümid edirəm ki, “Barselona”da öz potensialını tam göstərəcək”.

Qeyd edək ki, Kataloniya klubu 26 yaşlı futbolçunu satınalma şərti ilə icarəyə götürmək üzərində işləyir.

Əlavə edək ki, Reşford ötən mövsüm “Mançester Yunayted”in heyətində stabil çıxış edə bilməyib və klub rəhbərliyi onun gələcəyi ilə bağlı müxtəlif variantları nəzərdən keçirir.

Seçilən
3
12
90deqiqe.az

10Mənbələr