“Mançester Yunayted”in keçmiş hücumçusu Teddi Şerinqem “Mançester Yunayted”in hücumçusu Markus Reşfordun “Barselona”ya keçməyə layiq olmadığını deyib.
Publika.az xəbər verir ki, daha əvvəl Kataloniya klubunun forvardı 30 milyon avroya almaq opsiyonu ilə 10 milyon avroya icarəyə götürdüyü bildirilirdi.
“Raşfordu peşəkar futbolçu kimi qiymətləndirirsənsə, gənc olanda “Mançester Yunayted” kimi top klublarda oynamaq istəyirsən və oraya çatdıqdan sonra bunu dəyərləndirməlisən. Hər şeyi atıb getmək istədiyini söyləməli deyilsən.
Məncə, “Yunayted”ən ayrılaraq “Barselona”ya keçsə, bu, karyerasında layiq olmadığı bir addım olacaq. Düşünürəm ki, bu, acınacaqlı vəziyyətdir. Ümid edirəm ki, Reşford istədiyi transferi əldə etməyəcək – o, buna layiq deyil.