Markus Reşford böyük ehtimalla bundan sonra İspaniyada oynayacaq.
"Football-plus.az" xəbər verir ki, “Mançester Yunayted”in hücumçusu “Barselona”ya keçməyə yaxındı.
“The Athletic”in məlumatına görə, İngiltərə və İspaniya klubları arasındakı danışıqlar son çatmaq üzrədi. MY “Barselona”nın təklif etdiyi şərtlərlə razılaşıb. “Barselona”nın Reşfordu birdəfəlik transfer edə bilmək maddəsi ilə icarəyə götürməyi planlaşdırdığı bildirilir.
Markus MY-nin yetirməsidi. O, ötən mövsümün ikinci yarısını icarə əsasında “Aston Villa”da keçirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta