AZ

Türkiyə-Azərbaycan Dotluq, Əməkdaşlıq və Həmrəylik Fondunun icraçı direktoru Əvəz Səfərovu 70 illik yubileyi münasibətilə təbrik edirik - Vətən Naminə

">

Bu əlamətdar gün münasibətilə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi və vetennamine.az saytının kollektivi adından, həmçinin təşkilatın çoxminli üzvləri adından səmimi təbriklərimizi çatdırırıq.

Əvəz Səfərov ömrünün böyük bir hissəsini xalqına, vətəninə və onun dəyərlərinə sədaqətlə xidmətə həsr etmiş, cəmiyyət arasında həmişə yüksək hörmət və nüfuz qazanmış bir şəxsiyyətdir. Onun həm doğma Ağdam torpağına, həm də Qarabağ həqiqətlərinə bağlılığı, milli kimliyimizi yaşatma yönündə göstərdiyi fədakar fəaliyyət daim təqdir olunub.

Əvəz müəllimin ömür yolu yalnız bir fərdin şəxsi həyatı deyil, həm də ictimai təcrübənin, milli yaddaşın, həmrəylik və vətən sevgisinin canlı təcəssümüdür. Yubiley sahibi bu gün də yaşadığı cəmiyyət içində milli-mənəvi dəyərlərimizin təbliğinə, Azərbaycan həqiqətlərinin tanıdılmasına öz töhfəsini verməkdədir.

Bu münasibətlə arzu edirik ki, Əvəz müəllimin yubileyara ömrü sağlamlıq, əmin-amanlıq və ailə səadəti ilə müşayiət olunsun. Qarşıdakı illərdə də həyat yolunuz nurlu, könül dünyanız xoşbəxtliklərlə zəngin olsun. Uca Tanrı Sizə möhkəm can sağlığı və ruh yüksəkliyi bəxş etsin!

Bu təbriklə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi olaraq bir daha bildiririk ki, ölkə hüdudlarından kənarda yaşayan və milli kimliyini qoruyub saxlayan hər bir həmvətənimiz bizim üçün əziz və dəyərlidir. Belə ziyalılarımızın yubileyləri yalnız bir fərdin deyil, bütöv bir xalqın qazancı və fəxridir.

Dərin hörmətlə,

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehti Mehtiyev İctimai Birliyin çoxminli üzvləri və vetennamine.az saytının kollektivi

Plugin Install : Subscribe Push Notification need OneSignal plugin to be installed.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist

Seçilən
65
6
vetennamine.az

10Mənbələr