AZ

“Ürəklərdə əbədi yaşayan qəhrəmanlar” tədbiri Bərdədə keçirildi - Vətən Naminə

">

Tədbir Birinci Qarabağ müharibəsi şəhidi Kərimov Mübariz İsa oğlunun əziz xatirəsinə həsr olunmuşdur.

Tədbirdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi (AzQMƏVŞAİB) Bərdə rayon filialının sədri Etibar Hüseynov, şəhid Hüseynzadə Elməddinin anası Arzu xanım, şəhid Zeynalov Turqutun anası Zibeydə xanım, Birinci Qarabağ müharibəsi qaziləri Rüsdəmov Elbrus və Canbaxışov Camal, şəhid bacısı Cəfərova Nərgiz, eləcə də şəhid Mübariz Kərimovun ailə üzvləri iştirak etmişlər.

Tədbir zamanı şəhidin əziz xatirəsi böyük ehtiramla anıldı, döyüş yoldaşları onun keçdiyi igidlik və fədakarlıq yolundan söz açdılar. Çıxış edənlər şəhid Mübarizin Vətənə olan sonsuz sevgisindən, mərdliyindən və xalqımızın mübarizə tarixində tutduğu şərəfli yerdən danışaraq, gənc nəsillərə örnək olduğunu vurğuladılar.

Bu cür tədbirlər şəhidlərimizin xatirəsinin yaşadılması, onların ailələrinin diqqətdə saxlanılması və vətənpərvərlik ruhunun gələcək nəsillərə aşılanması baxımından mühüm əhəmiyyət daşıyır.

Plugin Install : Subscribe Push Notification need OneSignal plugin to be installed.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist

Seçilən
82
4
vetennamine.az

10Mənbələr