AZ

Biləsuvarda Vətən müharibəsinin şəhid zabitinin doğum günündə xatirəsi yad edildi - Vətən Naminə

">

Ziyarətdə Azərbaycan Qarabağ müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Biləsuvar rayon filialının sədri, II qrup Qarabağ əlili Bəhruz Əliyev, YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, Biləsuvar rayon İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdiri Bəhruz Mirzəzadə, şəhid valideyinləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidimizin şərəfli döyüş yolundan söz açılaraq xatirəsi yad edilmiş, ruhuna dualar oxunmuş və valideynlərinəbaş sağlığı verilmişdir.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun kapitanı olmuş şəhid Tağıyev Elçin Ağaqulu oğlu 1 iyul 1989-ci ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olmuşdur. 1995-2004-cü illərdə Ə. Rəhmətov adına Zəhmətabad кənd tam orta məкtəbində, 2004-2007-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil almışdır. 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) ali hərbi təhsil almışdır. 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində “leytenant” hərbi rütbəsində xidmətə başlamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak etmiş, Tərtər rayonunun Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şücaət göstərərək qəhrəmancasına şəhid olmuşdur. 28 noyabr 2020-ci il tarixində Zəhmətabad kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Tağıyev Elçin Ağaqulu oğlu ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Şəhid Elçin Tağıyev ailəli olub 2 oğlu və 1 qız övladı dövlətimizə və xalqımıza əmanətdir. Onun adı əbədiləşdirilərək Zəhmətabad kənd küçələrindən birinə verilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin!

Plugin Install : Subscribe Push Notification need OneSignal plugin to be installed.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist

Seçilən
121
6
vetennamine.az

10Mənbələr