İyulun 19-na keçən gecə Ukraynanın Odessa şəhərinə kütləvi hava hücumu edilib.
Publika.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Hava hücumu zamanı kamikadze dronunun çoxmərtəbəli binaya endirilməsi nəticəsində bir neçə mərtəbə yanıb. Nəticədə bir qadın ölüb, 10-a yaxın mülki şəxs xəsarət alıb.