AZ

Moskva və Peterburqa müntəzəm zərbələr rusların Putinə inamını sarsıda bilər Ekspert

Qaynarinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rusiya Federasiyasının Ukraynaya qarşı başlatdığı müharibənin gedişinə müəyyən təsir göstərə biləcək amillərdən biri – Ukrayna Silahlı Qüvvələrinin (USQ) Rusiyanın əsas iki regionuna – Moskva və Leninqrad vilayətlərinə hücumları ola bilər. Lakin bu senarinin reallaşması ehtimalı yüksək deyil. 

Qaynarinfo xəbər verir ki, bu barədə telemarafon efirində radioelektron mübarizə vasitələri istehsal edən şirkətin baş direktor müavini, USQ-nin keçmiş Hərbi Hava Qüvvələri zabiti Anatoli Xrapçinski danışıb.

Ona sual verilib ki, Ukrayna uzaqmənzilli silahlarla Rusiyanın bütün ərazisinə zərbələr endirə bilərmi və müharibənin Rusiya ərazisinə keçməsi ümumi vəziyyətə necə təsir edə bilər?

Xrapçinski cavabında bildirib:

"Belə imkan var. Amma birinci növbədə real olaraq imkanlarımızı genişləndirmək, Ukrayna şirkətlərinin Avropa şirkətləri ilə birgə işləməsinə şərait yaratmaq və Rusiyanın hava hücumundan müdafiə sistemlərini keçə bilən yeni texnologiyalar yaratmaq lazımdır”.

Onun sözlərinə görə, ruslar öz hava hücumundan müdafiə sistemlərinin işini və partlayış səslərini eşidir – bu da əhali üzərində müəyyən psixoloji təzyiq yaradır.

"Amma əsas məqsəd rus xalqını əziyyətə salmaq deyil. Məqsəd odur ki, rus xalqı başa düşsün: Putin onları aldadır. Və məhz o vaxt – "çar” pis olanda – onlar nəsə etməyə başlayacaqlar. Amma biz Moskvada və Leninqrad vilayətində olan elektoratdan danışırıq... bu böyük biznes sahibləri, yəni oliqarxlardır”, – deyə Xrapçinski əlavə edib.

Onun fikrincə, əgər Ukrayna Silahlı Qüvvələri hər üç gündə bir dəfə Moskva və Leninqrad vilayətlərinə kütləvi zərbələr endirə bilsə, bu, psixoloji təzyiq yaradacaq.

"Amma buna çox inanmıram. Çünki bilirik ki, ruslar səngərlərdə necə özlərini vururlar, onların buna görə ölməyə hazır olduğunu anlayırıq. Onlar hansısa dəyişikliklərə gedəcəkmi? Bilmək çətindir. Ancaq bu istiqamətdə irəliləmək lazımdır”, – deyə o vurğulayıb.

Qeyd edək ki, gecə saatlarında Rusiyanın Rostov vilayəti pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Vilayətin müvəqqəti icraedici qubernatoru Yuri Slyusar bildirib ki, hava hücumundan müdafiə sistemi bölgəyə edilən hücumun qarşısını alıb – dronlar Novoşaxtinsk, Şaxtı və Novoçerkassk şəhərləri üzərində vurulub.

Onun sözlərinə görə, düşən dron qalıqları nəticəsində dəmiryolu vağzalı binasının damı yanıb, üç nəfər təxliyə edilib. Həmin yaşayış məntəqəsində bir çiçək mağazası da yanıb.

Bundan əlavə, Moskvadakı Şeremetyevo, Domodedovo və Jukovski hava limanlarının fəaliyyəti müvəqqəti dayandırılıb. Moskva meri Sergey Sobyanin bəyan edib ki, paytaxtı hücum edən dronlar Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

Alpər

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
31
qaynarinfo.az

10Mənbələr