AZ

Rusiya Dnepropetrovsk vilayətinə dronlarla zərbələr endirib: ölənlər var

Rusiya hərbçiləri bu gün, iyulun 18-də səhər saatlarında Dnepropetrovsk vilayətinin Kamenski rayonuna zərbə dronları ilə hücum ediblər. Hücum nəticəsində evlərə ziyan dəyib, ölənlər var.

Qaziler.az bildirir ki, bu barədə “RBC-Ukrayna” Dnepropetrovsk vilayətinin dövlət administrasiyasının rəhbəri Sergey Lısakın Telegram-a istinadən xəbər verir.

"Düşmən Kamenski rayonuna PUA ilə zərbə endirib. Hücum nəticəsində iki nəfər ölüb. Bir kişi və bir qadın", - Dnepropetrovsk Vilayət Dövlət Administrasiyasının rəhbəri qeyd edib.

Lısakın sözlərinə görə, düşmənin hücum etdiyi yerdə yanğın baş verib. Hücum nəticəsində inzibati binalar, mağaza və fərdi evlərə də ziyan dəyib.

QAZ

Seçilən
48
42
qaziler.az

10Mənbələr