Demokrat.az-a açıqlamasında politoloq Turab Rzayev deyib ki, İranın Azərbaycana qarşı atdığı addımlar, xüsusilə də Pakistana yönəlmiş diplomatik fəallığı fonunda, bölgədə yeni güc balansları yaratmaq və öz təsir imkanlarını genişləndirmək cəhdidir:
“Burada bir neçə əsas məqam var. İran bir tərəfdən Pakistanla münasibətləri yaxşılaşdırmağa çalışır, digər tərəfdən bu ölkəyə qarşı əvvəllər hərbi zərbələr endirib. Bu, Tehran siyasətində qeyri-sabitlik və ikili yanaşmanın davam etdiyini göstərir. Azərbaycanla İsrail arasında sıx əməkdaşlıq İranı narahat edir. İran, bu əlaqəni əsas gətirərək, Azərbaycanı Pakistana şikayət etmək yolu ilə təzyiq göstərməyə çalışır. Halbuki Pakistan özü də İsraili rəsmi olaraq tanımayıb, lakin bu, Azərbaycanın xarici siyasət seçimlərinə təsir etmir və edə də bilməz. Bütün bu cəhdlərə baxmayaraq, Azərbaycanın xarici siyasət kursu müstəqildir. Heç bir dövlət nə İran, nə də Pakistan bu kursa yön verə bilməz. Azərbaycan Türkiyə, Pakistan, İsrail və digər ölkələrlə əməkdaşlığını milli maraqları çərçivəsində və suveren şəkildə qurur”.
Politoloq diqqətə çatıdırıb ki, İranın bu səyləri, əslində, daha çox siyasi mesaj xarakteri daşıyır və real təsir gücü zəifdir:
“Azərbaycan-Pakistan münasibətləri strateji müttəfiqlik səviyyəsindədir və İslam həmrəyliyi, ortaq maraqlar və hərbi əməkdaşlıq bu münasibətləri daha da möhkəmləndirir. İranın bu cəhdləri yalnız regionda gərginliyi artırmaq məqsədi daşıyır. Lakin Azərbaycanın mövqeyi və müttəfiqləri qarşısında bu yanaşmaların ciddi nəticə doğurması mümkün deyil”.
Leyla Turan
Demokrat.az
10Mənbələr
-
sfera.azİranın diplomatik oyunu: Rusiya və Çinlə strateji müttəfiqlik ( 19494887)
-
sfera.azİranın diplomatik oyunu: Rusiya və Çinlə strateji müttəfiqlik ( 19494749)
-
publika.azABŞ-ın bu qonşumuzla ticarət həcmi artıb, Rusiya isə... ( 19493552)
-
bakivaxti.azRusiya Hindistanı itirə bilərmi?: Yeni enerji siyasəti və Qərbin təzyiq strategiyası ( 19414193)
-
baki-xeber.comÇin-Hindistan-Rusiya ittifaqı? - XİN-in yeni strategiyasında ən ağır maneə... ( 19408222)
-
fins.azABŞ Bancorp rüblük xalis mənfəətini 13,2% artırdı ( 19395622)
-
news365.az“Ukrayna Qərb-Rusiya qarşıdurmasının qurbanına çevrilib” - Politoloqdan şərh ( 19388722)
-
demokrat.azPolitoloq: Azərbaycan-Pakistan münasibətləri strateji müttəfiqlik səviyyəsindədir ( 19368532)
-
vergiler.azBirinci yarımildə Aİ ölkələri ilə ticarət dövriyyəsi 10 milyard dolları üstələyib ( 19360345)
-
moderator.azABŞ və İsrailin Bakı üzərində oyunu – Azərbaycan hansı seçim qarşısındadır? ( 19354696)