Demokrat.az-a açıqlamasında politoloq Turab Rzayev deyib ki, İranın Azərbaycana qarşı atdığı addımlar, xüsusilə də Pakistana yönəlmiş diplomatik fəallığı fonunda, bölgədə yeni güc balansları yaratmaq və öz təsir imkanlarını genişləndirmək cəhdidir:
“Burada bir neçə əsas məqam var. İran bir tərəfdən Pakistanla münasibətləri yaxşılaşdırmağa çalışır, digər tərəfdən bu ölkəyə qarşı əvvəllər hərbi zərbələr endirib. Bu, Tehran siyasətində qeyri-sabitlik və ikili yanaşmanın davam etdiyini göstərir. Azərbaycanla İsrail arasında sıx əməkdaşlıq İranı narahat edir. İran, bu əlaqəni əsas gətirərək, Azərbaycanı Pakistana şikayət etmək yolu ilə təzyiq göstərməyə çalışır. Halbuki Pakistan özü də İsraili rəsmi olaraq tanımayıb, lakin bu, Azərbaycanın xarici siyasət seçimlərinə təsir etmir və edə də bilməz. Bütün bu cəhdlərə baxmayaraq, Azərbaycanın xarici siyasət kursu müstəqildir. Heç bir dövlət nə İran, nə də Pakistan bu kursa yön verə bilməz. Azərbaycan Türkiyə, Pakistan, İsrail və digər ölkələrlə əməkdaşlığını milli maraqları çərçivəsində və suveren şəkildə qurur”.
Politoloq diqqətə çatıdırıb ki, İranın bu səyləri, əslində, daha çox siyasi mesaj xarakteri daşıyır və real təsir gücü zəifdir:
“Azərbaycan-Pakistan münasibətləri strateji müttəfiqlik səviyyəsindədir və İslam həmrəyliyi, ortaq maraqlar və hərbi əməkdaşlıq bu münasibətləri daha da möhkəmləndirir. İranın bu cəhdləri yalnız regionda gərginliyi artırmaq məqsədi daşıyır. Lakin Azərbaycanın mövqeyi və müttəfiqləri qarşısında bu yanaşmaların ciddi nəticə doğurması mümkün deyil”.
Leyla Turan
Demokrat.az
10Sources
-
teleqraf.comHakan Fidan Abbas Araqçi ilə Suriyanı müzakirə etdi ( 19536170)
-
bakivaxti.azHakan Fidanla Araqçi nə danışıb? ( 19535924)
-
qafqazinfo.azHakan Fidanla Araqçi nə danışıb? ( 19535645)
-
apa.azHakan Fidan Abbas Araqçi ilə Suriyadakı prosesləri müzakirə edib ( 19534985)
-
unikal.azGörüşdən qabaq Fidanla danışdı ( 19534964)
-
apa.azHakan Fidan Abbas Araqçi ilə Suriyadakı prosesləri müzakirə edib ( 19534943)
-
yenicag.azHakan Fidan iranlı həmkarı ilə bunları müzakirə etdi ( 19532744)
-
Ajans.azHakan Fidan iranlı həmkarı ilə bu məsələləri MÜZAKİRƏ ETDİ ( 19532366)
-
Ajans.azHakan Fidan iranlı həmkarı ilə bu məslələri MÜZAKİRƏ ETDİ ( 19532198)
-
yeniazerbaycan.comAzərbaycan Gürcüstanın ən böyük ixrac tərəfdaşları arasında üçüncüdür ( 19531781)