“Neftçi” təlim-məşq toplanışının ikinci mərhələsinə başlayıb.
Rekord.az xəbər verir ki, bu gün səhər saatlarında Polşaya yola düşən komanda üzvləri Keltse şəhərində axşam məşqinə çıxıblar.
“Binkovski Hotel”də məskunlaşan “ağ-qaralar” burada 4 yoxlama oyunu keçirəcək. Baş məşqçi Samir Abasovun yetirmələri iyulun 17-də “Hapoel Təl-Əviv” (İsrail), 22-də “Termalitsa Nyeçetşa” (Polşa), 27-də “Asteras Tripolis” (Yunanıstan) və avqustun 1-də AEL (Kipr) klubu ilə qarşılaşacaqlar.
Toplanışın ikinci mərhələsi avqustun 2-dək davam edəcək.