2025/2026-cı illər mövsümünə hazırlığı davam etdirən “Neftçi” təlim-məşq toplanışının ikinci mərhələsinə başlayıb.
Arena.az xəbər verir ki, iyulun 15-də səhər saatlarında Polşaya yola düşən komanda üzvləri Keltse şəhərində axşam məşqinə çıxıblar.
“Binkovski Hotel”də məskunlaşan “ağ-qaralar” burada 4 yoxlama oyunu keçirəcəklər. Baş məşqçi Samir Abasovun yetirmələri iyulun 17-də “Hapoel” (Təl-Əviv, İsrail), 22-də “Termalitsa” (Nyeçetşa, Polşa), 27-də “Asteras” (Tripolis, Yunanıstan) və avqustun 1-də AEL (Kipr) klubu ilə qarşılaşacaqlar.
Qeyd edək ki, toplanışın ikinci mərhələsi avqustun 2-nə qədər davam edəcək.