“Neftçi” təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.
İdman.biz xəbər verir ki, komanda Keltse (Polşa) şəhərində ilk məşqinə çıxıb.
“Binkovski Hotel”də məskunlaşan “ağ-qaralar” burada 4 yoxlama oyunu keçirəcəklər. Baş məşqçi Samir Abasovun yetirmələri iyulun 17-də “Hapoel Təl-Əviv” (İsrail), 22-də “Termalitsa Nyeçetşa” (Polşa), 27-də “Asteras Tripolis” (Yunanıstan) və avqustun 1-də AEL (Kipr) klubu ilə qarşılaşacaqlar.
Qeyd edək ki, toplanışın ikinci mərhələsi avqustun 2-dək davam edəcək.
İdman.biz