AZ

“Bayer” Qranit Caka üçün gələn təklifi rədd etdi

“Bayer” yarımmüdafiəçisi Qranit Cakanın transferi ilə bağlı Səudiyyə Ərəbistanının “Neom” klubundan aldığı təklifi rədd edib.

90deqiqe.Az-ın məlumatına görə, səudiyyəlilər təcrübəli futbolçu üçün Leverkuzen klubuna cəmi 8 milyon avro təklif ediblər. Lakin “Bayer” israrla 31 yaşlı oyunçu üçün minimum 15 milyon avro tələb edir.

Bildirilir ki, isveçrəlinin özü “Neom”a keçid arzusundadır və artıq şəxsi müqavilə şərtləri üzrə razılığa gəlib. Buna baxmayaraq, klublar arasında danışıqlar yekunlaşmayıb.

Qranit Caka 2023-cü ilin yayından etibarən “Bayer”in formasını geyinir. O, bundan əvvəl 7 il “Arsenal”da çıxış etmişdi.

phrase_var_article.chosen
123
17
90deqiqe.az

10phrase_var_article.sources