Bundesliqanın sonuncu mövsümünü ikinci sırada tamamlayan "Bayer Leverkusen" hücum xəttini gücləndirmək üçün "PSV Eyndhoven" klubunda forma geyinən ABŞ millisinin üzvü Malik Tillmanı transfer edib.
Oxu.Az "Kicker" idman nəşrinə istinadla xəbər verir ki, Leverkuzen təmsilçisi futbolçunun transferi üçün 35 milyon avro ödəyib. Bu, "Bayer Leverkuzen"in tarixində ən bahalı transfer olub. İyirmi üç yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2030-cu ilədək qüvvədə olan müqavilə imzalanıb.
Ötən mövsüm "PSV Eyndhoven"lə Niderland çempionu olan M.Tillman ölkə çempionatında və UEFA Çempionlar Liqasında ümumilikdə 34 oyunda 16 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Karyerasına "Bavariya"nın gənclər komandasında başlayan futbolçu daha sonra "Qlazqo Reyncers" və "PSV Eyndhoven" klublarında icarə əsasında çıxış edib. O, ötən ilin yayında 12 milyon avroya PSV-yə transfer olunub.
"Cebheinfo.az"