AZ

“Bayer Leverkusen” klubu ABŞ millisinin üzvünü rekord məbləğə transfer edib

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Berlin, 12 iyul, AZƏRTAC

Bundesliqanın sonuncu mövsümünü ikinci sırada tamamlayan “Bayer Leverkusen” hücum xəttini gücləndirmək üçün “PSV Eindhoven” klubunda forma geyinən ABŞ millisinin üzvü Malik Tillmanı transfer edib.

AZƏRTAC “Kicker” idman nəşrinə istinadla xəbər verir ki, Leverkuzen təmsilçisi futbolçunun transferi üçün 35 milyon avro ödəyib. Bu, “Bayer Leverkuzen”in tarixində ən bahalı transfer olub. İyirmi üç yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2030-cu ilədək qüvvədə olan müqavilə imzalanıb.

Ötən mövsüm “PSV Eyndhoven” ilə Niderland çempionu olan M.Tillman ölkə çempionatında və UEFA Çempionlar Liqasında ümumilikdə 34 oyunda 16 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Karyerasına “Bavariya”nın gənclər komandasında başlayan futbolçu daha sonra “Qlazqo Reyncers” və “PSV Eyndhoven” klublarında icarə əsasında çıxış edib. O, ötən ilin yayında 12 milyon avroya “PSV”yə transfer olunub.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

phrase_var_article.chosen
121
17
azertag.az

10phrase_var_article.sources