“Bayer”in hücumçusu Viktor Bonifeys “Milan”ın maraq dairəsindədir.
İdmanxeber.az-ın məlumatına görə, İtaliya klubu nigeriyalı forvard üçün hərəkətə keçəcək. “Bayer” 24 yaşlı forvard üçün 40 milyon avro tələb edir.
Nigeriya millisinin üzvü ötən mövsüm Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 11 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.