“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen yaxın vaxtlarda klubunu tərk edə bilər.
Sportinfo.az “Diario Sport”-a istinadən xəbər verir ki, “Qalatasaray” 33 yaşlı qolkiperə dörd illik müqavilə və “Barselona”dakı maaşından daha yüksək əməkhaqqı təklif edib.
Ancaq İstanbul klubu transfer üçün vacib bir şərt irəli sürüb. Belə ki, onlar Ter Ştegeni yalnız azad agent kimi heyətinə qatmağa hazırdır.
Almaniyalı futbolçu 2014-cü ildən “Barselona”da çıxış edir. O, son mövsümdə cəmi 9 oyunda forma geyinib və 11 top buraxıb. Onun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.