“Milan”ın yeni baş məşqçisi Massimiliano Alleqri müdafiəçi Teo Hernandesin komandadan ayrılmasına münasibət bildirib.
90deqiqe.Az-ın “Milan News”a istinadən yaydığı xəbərə görə, təcrübəli çalışdırıcı fransalı futbolçuya uğurlar arzulayıb:
“Teo fərqli bir seçim etdi. O, əla futbolçudur və mən ona uğurlar arzulayıram”
Daha əvvəl “Əl-Hilal” klubunun “Milan”la transfer üçün razılıq əldə etdiyi açıqlanmışdı.
Xatırladaq ki, geridə qalan mövsümdə 26 yaşlı cinah müdafiəçisi “Milan”ın heyətində 49 oyuna çıxıb, 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla olan müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulmuşdu. “Transfermarkt” portalına görə, Ernandesin bazar dəyəri 40 milyon avrodur.